Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, oğurluq etdiyi üçün tutulan S.Həsənovun ətrafında Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 600 manat pul və 3 900 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.