AFFA azərbaycanlı FIFA referilərinin yeni siyahısını açıqlayıb.

Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, 2021-ci ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin FIFA tərəfindən təsdiqlənmiş siyahısında ədalət təmsilçilərindən Əliyar Ağayev, Rauf Cabbarov, Elçin Məsiyev, Yuliya Qurbanova, referi köməkçilərindən Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Hüseynov, Elşad Abdullayev, Pərvin Talıbov, Cavanşir Yusifov, Gülnurə Əkbərzadə və Sevda Nuriyeva yer alıblar.

Siyahıya futzal referiləri də daxil ediliblər. Belə ki, Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanovun adları həmin siyahıya salınıb. İnqilab Məmmədov və Nail Nağıyev isə çimərlik futbolu üzrə beynəlxalq miqyaslı görüşlərin idarə olunmasında iştirak edəcəklər.