Astarada mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Rayon Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və 6700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şahağacı kənd sakini E.Həsənov və Bakı şəhər sakini E.Verdizadə saxlanılıblar.