İspaniyanın “Barselona” klubunun prezidenti vəzifəsinə namizəd olan Xuan Laporta komandanın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Laporta, Messinin Kataloniya klubunda qalacağını bildirib:

“Messini komandada saxlamaq üçün bütün bacarıqlarımızdan istifadə edəcəyik. Lionel sadəcə maddiyyata köklənməyib. Onun yeni prezidentin təklifini dörd gözlə gözlədiyini bilirəm. Onunla çox yaxşı münasibətim var, o da “Barselona”nı sevir. Messi mənə güvənir”.