Aktrisa Aslı Tandoğan və həyat yoldaşı Cahit Tan Yeşilada koronavirusa yoluxub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir  ki, Tandoğan qayınatasının yasında ailəliklə virusa yoluxduğunu söyləyib.

Aktrisa 40 yaşlı həyat yoldaşı Tan Yeşiladanın xəstəliyi ağır formada keçirdiyini deyib. Tandoğan baş verənlərlə bağlı sosial media hesabında paylaşım edib.

“Dekabrın 2-dən sonra COVID-19-dan müalicə olunuruq. Demək olar ki, artıq müalicənin son günlərindəyik. Cahit  də bu virusa yoluxdu. 13 gün xətəxanada yatmalı oldu” deyə, Asılı bildirib.