Futbol üzrə Türkiyə kubokunda 1/16 final mərhələsinə start verilib.

Unikal.org xəbər verir ki,  ilk oyun günündə 5 qarşılaşma baş tutub.

Evdə II liqa təmsilçisi "Darıca Gənclərbirliyi" ilə üz-üzə gələn "Qalatasaray" minimal hesablı qələbə qazanıb. 44-cü dəqiqədə Yunes Belandanın penaltidən vurduğu yeganə qol İstanbul klubunu 1/8 finala yüksəldib.

"Qalatasaray"la yanaşı, "Kasımpaşa", "Rizespor", "Yeni Malatyaspor" və "Bursaspor" da növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, 1/16 final mərhələsinin digər oyunları 16 - 17 dekabrda gerçəkləşəcək.