Niderlandın "Ayaks" komandasının futbolçusu Kvinsi Promes sərbəst buraxılıb.

Unikal.org AD nəşrinə istinadən xəbər verir ki, ailə üzvlərindən birinə bıçaqla hücum etməkdə ittiham olunan 28 yaşlı hücumçunun işi üzrə istintaq prosesi isə davam etdiriləcək.

İddiaya görə, insident bu ilin iyulunda Niderlandın paytaxtı Amsterdamda ailəvi məclis zamanı baş verib. Hadisə nəticəsində bir nəfər ağır yaralanıb və dizindən ciddi xəsarət alıb. Zərərçəkmiş 1 ay öncə polisə müraciət edib. Bundan sonra araşdırma başlayıb və forvard həbs edilib.

Niderlandda bu cür cinayət hadisəsinə görə 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.