Azərbaycanın veteran futbolçusu Elbrus Abbasov vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O bildirib ki, 70 yaşlı sabiq oyunçu bu gün koronavirusdan dünyasını dəyişib.