Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılacaq.

Unikal.org xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək və “CBC Sport” telekanalından canlı yayımlanacaq. 1/16 finalda eyni ölkə təmsilçiləri və bir qrupda mübarizə aparan komandalar üz-üzə gələ bilməyəcək. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu evdə keçirəcəklər.

1/16 finalın ilk oyunları 2021-ci il fevralın 18-də, cavab görüşləri 25-də keçiriləcək.

Avropa Liqası, 1/16 final mərhələsi

Səpələnmişlər
Ayaks (Niderland)
Brügge (Belçika)
Mançester Yunayted (İngiltərə)
Şaxtyor (Donetsk, Ukrayna)
Roma (İtaliya)
Arsenal (İngiltərə)
Bayer (Almaniya)
Reyncers (Şotlandiya)
PSV (Niderland)
Napoli (İtaliya)
Lester (İngiltərə)
Milan (İtaliya)
Vilyarreal (İspaniya)
Tottenhem (İngiltərə)
Dinamo (Zaqreb, Xorvatiya)
Hoffenhaym (Almaniya)

Səpələnməmişlər
Dinamo (Kiyev, Ukrayna)
Krasnodar (Rusiya)
Olimpiakos (Yunanıstan)
Zalsburq (Avstriya)
Yanq Boyz (İsveçrə)
Molde (Norveç)
Slaviya (Çexiya)
Benfika (Portuqaliya)
Qranada (İspaniya)
Real Sosyedad (İspaniya)
Braqa (Portuqaliya)
Lill (Fransa)
Makkabi (Təl-Əviv, İsrail)
Antverpen (Beçlika)
Volfsberq (Avstriya)
Srvena Zvezda (Serbiya)