ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 0,74% artaraq 1 barelə görə 50,34 dollar təşkil edib.

Unikal.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,67% artaraq 46,88 dollar təşkil edib.