Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu tura start verilib.

Unikal.org xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Kəpəz” doğma meydanda “Sabah”ın əvəzediciləri ilə qolsuz bərabərliyə razılaşıb. Beş qolun qeydə alındığı “Neftçi-2” – “Zaqatala” matçında meydan sahibləri qələbəni bayram ediblər. “Qarabağ”ın əvəzediciləri “Qaradağ Lökbatan” üzərində darmadağına sevinib. Ötən tur ilk qələbəsini qazanan “Sumqayıt”ın ikinci komandası bu dəfə də “Keşlə”nin əvəzedicilərinə qalib gəlib.