Koronavirus pandemiyasına görə gələn ilə təxirə salınan DÇ-2020-nin final mərhələsinin startına təxminən 6 ay vaxt qalıb. Buna baxmayaraq, Fransa millisinin baş məşqçi Didye Deşam artıq Avropanın ən böyük yığma turnirinə aparacağı futbolçuların adlarını özü üçün müəyyənləşdirib.

Unikal.org xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "L"Equipe"ə danışıb: "İştirak ərizəsi 100 faiz hazırdır. Heyətin skeletini özüm üçün müəyyənləşdirmişəm. Ümid edirəm ki, o vaxta qədər heç kim zədələnməyəcək". 

Qeyd edək ki 11 iyun-11 iyul tarixləri arasında keçiriləcək turnirdə Fransa F qrupunda yer alıb. "Ölüm qrupu"ndakı digər komandalar Portuqaliya, Almaniya və Macarıstandır.