“France 24” telekanalı Bakıda keçirilmiş Zəfər paradı barədə süjet yayımlayıb.

Unikal.org xəbər verir ki, videomaterialda Azərbaycan və Türkiyə prezidentlərinin fikirlərinə də yer ayrılıb.

Süjetdə qeyd olunur k, 44 gün davam edən müharibədən sonra Azərbaycan paytaxtında təntənəli parad keçirilib. Paradda bütün qoşun növləri iştirak edib, hərbi texnikanın keçidi baş tutub. Prezident İlham Əliyev nitq söyləyib.

Bildirilir ki, tədbirin qonaqları arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olub.

Təntənəli keçiddə türk hərbçilərinin iştirakı xüsusi vurğulanıb.