Müğənni Teylor Svift növbəti dəfə xeyirxah addım atıb.

Unikal.org  xəbər verir ki, ifaçı koronavirus səbəbilə ağır günlər yaşayan insanlara maddi yardım edib.

"Washington Post" qəzetinin məlumatına əsasən, Svift ona müraciət edən iki qadının yardım istəyini geri çevirməyib. 30 yaşlı sənətçi onların hər birinə 13 min olmaqla 26 min dollar ianə bağışlayıb. Svift sosial media hesabında bununla bağlı yazaraq "Hekayənizi mənimlə paylaşdığınız üçün sizə təşəkkür edirəm. Bu il yaşadıqlarımıza görə çox pis oluram. Buna görə də bu hədiyyəmi qəbul etməyinizi istəyirəm" sözlərini vurğulayıb.

Qeyd edək ki, Teylor bir müddət əvvəl də virusdan əziyyət çəkənlərə yardım etmişdi.