Tanınmış aparıcı Mikayıl Güləddinoğlu mərhum gitara ifaçısı Nofəl Süleymanovla olan dostluğundan danışıb.

Unikal.org xəbər verir ki, o, bu barədə "Elgizlə izlə" verilişində qonaq olərkən söhbət açıb. 

“Nofəllə 10 il öncə bir verilişdə tanış olmuşuq. Sonradan onunla bərabər böyük uğur qazandıq. Onu çox sevirdilər. Bir yerə gedəndə ayağının altında qurban kəsilirdi. Ölümündən iki gün öncə votsap vasitəsi ilə danışıb, zarafatlaşdıq. Dostluq baxımından qardaşı belə Nofəllə mənim qədər yaxın deyildi”- deyə, Mikayıl Güləddinoğlu bildirib. 

Qeyd edək ki, məşhur musiqiçi Nofəl Süleymanov evdə 17 yaşlı oğlu Şövqünün ehtiyatsızlıqdan ov tüfəngindən atəş açması nəticəsində dünyasını dəyişib.