"Barselona" aparıcı futbolçularından birini satmağa hazırlaşır. Səbəb klubun üzləşdiyi maliyyə böhranıdır.

Unikal.org "goal"a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi Frenki de Yonqla vidalaşmağı planlaşdırır. Hollandiyalı futbolçunu yaxşı qiymətə sata biləcəyini düşünən rəhbərlik, bununla da maliyyə çıxarlarının bir qismini qarşılamaq niyyətindədir. Frenkiyə "elçi düşən" komandaların siyahısına "Bavariya" birinci pillədə dayanır.

Qeyd edək ki, Hollandiya millisinin üzvü 2019-cu ildə 75 milyon avro qarşılığında "Ayaks"dan "Barselona"ya keçmişdi. İspaniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədərdir.