Ucar rayonunda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 7-də rayon ərazisindəki evlərin birindən 350 manat pul və 1 500 manat dəyərində qızıl saat oğurlamaqda şübhəli bilinən Xıllı qəsəbə sakini C.Bağırov və qardaşı F.Bağırov saxlanılıb.