"Məşhur insan üçün boşanma və ya evlənmə gizlədiləcək məsələ deyil".

Unikal.org  xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. Sənətçi boşanma xəbərləri ilə gündəmə gələn bloqqer Aynişan Quliyeva haqda yazıb və onu tənqid edənlərə səslənib:

"Balaca şəhərdir. Hamının qeydiyyat şöbələrində, qonşuluqda, qohumluqda bir tanışı çıxır. İnsanlar məcburdur ki, bir açıqlama etsin. Çünki açıqlama olmasa, fantaziyanız genişdir, ardını özünüz bilirsiniz... Niyə böyüdürsünüz bu məsələni? Niyə bir şəhid qızını bu qədər incidirsiniz bu mövzuda?".

Qeyd edək ki, Aynişan fitnes müəllimi həyat yoldaşı ilə boşanıb.