Ukraynalı sabiq futbolçu Vasili Vasilenko barədə həbs qərarı verilib.

Unikal.org xəbər verir ki, Moskva Şəhər Məhkəməsi onu 12 il müddətinə azadlıqdan məhrum edib. 

Casusluqda ittiham olunan Vasilenko cəzasını ciddi rejimli koloniyada çəkəcək. Keçmiş oyunçu eyni zamanda qadağan olunmuş maddələri sərhəddən qanunsuz keçirməkdə günahlandırılıb.

Qeyd edək ki, Vasili Vasilenko 1992-2001-ci illərdə Ukraynanın “Tavriya”, “Torpedo” və “Drujba” klublarında çıxış edib. O, 2019-cu ilin oktyabrında Moskvada saxlanılıb.