Peşəkar boksun əfsanəsi Floyd Meyvezer rinqə qayıtmaq qərarına gəlib.

Unikal.org-un məlumatına görə, 43 yaşlı məğlubiyyətsiz dünya çempionu xüsusi döyüşə çıxmaq üçün hazırlaşır. 

Amerikalı döyüşçü "youtuber" Loqan Polla qarşılaşacağını açıqlayıb. Meyvezer "youtube"da 22 milyondan çox izləyicisi olan 25 yaşlı Polla sosial mediada bir müddətdir qarşılıqlı ittihamlar səsləndirirlər.

Onlar arasında görüş 2021-ci ilin fevralında baş tutacağı deyilir.

Qeyd edək ki, Loqan Polun qardaşı Cek Pol ötən həftə NBA basketbolçusu Nate Robinsonla rinqdə qarşılaşıb və rəqibini məğlub edib. 

Xatırladaq ki,  bir müddət əvvəl ağır çəki üzrə sabiq dünya çempionu Mayk Tayson da 15 ildən sonra rinqə qayıtmışdı. O Roy Consdan ilə döyüşüb. Los-Ancelesdə Mayk Taysonla Roy Cons arasında şou xarakterli döyüşdə heç-heçə qeydə alınıb. 8 raund davam edən görüşün nəticəsi açıqlanandan sonra Mayk Tayson bu qərara etiraz etmişdi.