Futbol üzrə İngiltərə Premyer Liqasında 11-ci turun oyunları davam edir.

Unikal.org xəbər verir ki, bu gün turun mərkəzi qarşılaşması keçirilib. London derbisində “Arsenal” klubu səfərdə “Tottenhem” komandasının qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. “Tottenhem”in heyətində Son Xın-Min və Harri Keyn fərqlənib.

Qeyd edək ki, bu qələbə sayəsində 24 xalı olan “Tottenhem” turnir cədvəlində liderliyə yüksəlib, “Arsenal” isə 13 xalla 15-ci yerdə qərarlaşıb.