Türkiyə Super Liqasında XI tur davam edir.

Unikal.org xəbər verir ki, turun ikinci günündə 5 oyun keçirilib. Günün sensasiyası Ankarada qeydə alınıb.

Çempionatın lideri “Alanyaspor” ilk məğlubiyyətini autsayderlər qrupunda qərarlaşan “Gənclərbirliyi”ndən alıb. Bundan yararlanan “Qalatasaray” “Hatayspor” üzərində qələbə ilə zirvəyə şərik olub. Bu iki matçda olduğu kimi “Konyaspor”la “Ərzurum BB” arasında dueldə də meydan sahibləri üç xala sevinib. Günün digər iki matçında qalib müəyyənləşməyib. “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrikenin qonaqları hesabda önə çıxardığı “Göztəpə” – “Kayserispor” matçında meydan sahibləri məğlubiyyətdən xilas ola bilib. “Yeni Malatyaspor” – “Başakşəhər” qarşılaşmalarında da eyni – 1:1 hesabı qeydə alınıb.

Qeyd edək ki, tura dekabrın 7-də yekun vurulacaq.