Bakıda sexdə oğurluq hadisəsi baş verib.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki sexlərin birindən 30 000 manat dəyərində beton piltə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Z.Qasımov saxlanılıb.