Rusiyalı aktrisa Nina Akimova vəfat edib.

Unikal.org xəbər verir ki, 75 yaşlı sənətçinin ölüm səbəbi hələlik açıqlanmayıb.
Bildirilir ki, aktrisa daha əvvəl bədənində, gözünün ətrafında şişlər və qançırlarla əlaqədar xəstəxanaya yerləşdirilmişdi. O, hospitalda qalmağa etiraz etmiş, teatra getməyə üstünlük vermişdi.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Nina Akimova 1983-cü ildən Rusiya Teatr Sənəti Akademiyasında çalışıb. O, "Duel", "Qar fırtınası" və digər filmlərdəki obrazları ilə məşhurlaşıb.