Vətən müharibəsinin qəhrəman iştirakçılarından biri də Rəşad Mirzəyevdir.

Unikal.org xəbər verir ki, əvvəl erməni təxribatı nəticəsində Rəşadın şəhid olması haqqında ailəsinə SMS göndərilib. Ancaq əmisi bu yanlış məlumatın Rəşadın valideynlərinə çatmasına mane olub. 

"Mən anamın, atamın lal-kar olmağına ən çox onda sevindim. Mənim nə ölüm xəbərimi, nə də yaralanmağımı bildilər", - deyir Rəşad. Elə həmin ərəfədə qardaşı Rəşidi əsgər aparırlar. Amma bundan Rəşadın xəbəri olmur...

Olduğu yerə 120 millimetrlik minaatan mərmisi düşür. Qəlpəsi ayağına dəyir, yıxılanda isə sinirləri zədələnir. Həmin ankı hisslərini ifadə edəndə üzü gülür, deyir, bir yandan sevinib, çünki yanında şəhid olan əsgər yoldaşları olub və onların üzündə nur görüb: "Bu dünyadan heç ağlayaraq köçən əsgər görmədim mən".