Xəbər verdiyimiz kimi, canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

Unikal.org xəbər verir ki, bu aksiyaya Qubadlı Rayon İcra Hakimiyyətinin və YAP Qubadlı Rayon Təşkilatı da qatılıb. 

Belə ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, YAP Qubadlı rayon qərərgahının qarşısında  Qubadlı Rayon İcra Hakimiyyətinin və YAP Qubadlı Rayon Təşkilatının birgə iştirakı ilə bu gün saat 12:00-da  Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.