İranda ötən sutka ərzində 347 nəfər koronavirusdan (COVID 19) ölüb.

Unikal.org xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 49695 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13341 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1016835 nəfərə yüksəlib.