Estoniyanın baş naziri Yuri Ratas özünütəcrid tədbirlərinə başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yuri Ratas bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.

Baş nazir koronavirusa yoluxduğu təsbit edilən şəxslərlə təmasda olduğu üçün izolyasiya olunmağa qərar verib. Y.Ratas qeyd edib ki, hazırda səhhətində hər hansı dəyişiklik yoxdur və özünü normal hiss edir.