Gürcüstanda sabiq prezident Mixail Saakaşvilinin partiyası qanunverici orqanın fəaliyyətində iştirakdan imtina edib.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, seçkilər nəticəsində 36 mandat əldə edən Vahid Milli Hərəkat Partiyası parlamentin fəaliyyətini boykot edəcək.

Son seçkilərdən sonra seçkilərdə pozuntular olduğunu bəyan edən partiya genişmiqyaslı aksiyalar keçirərək təkrar seçki tələb etmişdi. Bu tələbi reallaşmayan Vahid Milli Hərəkat Partiyası qazandığı mandatlardan imtina edib.