Ermənistan əhalisinin 45 faizi baş nazir Nikol Paşinyanın istefasını istəyir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə "Gallup" beynəlxalq sorğu mərkəzinin Ermənistan nümayəndəliyinin təmsilçisi Aram Navasardyan məlumat verib.

Mərkəzin keçirdiyi sorğu 25 noyabr - 2 dekabr tarixləri arasında baş tutub. Ermənistanın bütün regionlarını əhatə edən sorğu qəbul edilmiş sosioloji standartlara uyğun olaraq, cins-yaş, sosial-iqtisadi status və digər meyarlara əsaslanıb.

A.Navasardyanın sözlərinə görə, sorğunun nəticələri əhalinin 45 faizinin Paşinyana mənfi münasibətdə olduğunu üzə çıxarıb. Belə ki, insanlar baş nazir Nikol Paşinyanın istefaya getməli olduğunu düşünür.