Rusiyada koronavirusa yoluxanların sayı 2,4 milyon nəfəri keçib.

Unikal.org xəbər verir ki, ölkədə son sutka ərzində 27 403 nəfər virusa yoluxub, 569 nəfər isə həyatını itirib. Bu günə qədər Rusiyada 2 402 949 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 42 176 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 888 752 nəfər virusdan sağalıb, 472 021 nəfərin müalicəsi isə davam edir.