Ermənistanda məşhur biznesmen baş nazir Nikol Paşinyanı istefa verməyə səsləyib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan cəmiyyətində tanınmış iş adamı, "Taşir" şirkətlər qrupunun sahibi Samvel Karapetyan Nikol Paşinyanın istefa verməli olduğunu bildirib.

İctimaiyyətə müraciət edən S.Karapetyan yeganə çıxış yolunun hakimiyyət dəyişikliyi olduğunu vurğulayıb. İş adamı hesab edir ki, hazırki situasiyada Paşinyan xalqa yaxşılıq etmək istəyirsə, bunun dinc və qan tökülmədən gerçəkləşdirilməsinə imkan verməlidir.