Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində “KamAZ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Şıxməmmədov Əli Nurməmməd oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.