Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9-10 dekabr tarixlərində Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək.

Unikal.org xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilir ki, Türkiyə Xarici İşlər naziri (XİN) Mövlud Çavuşoğlu ilə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasında telefon danışıqları zamanı Qarabağdakı proseslə əlaqədar qiymətləndirmə aparılıb.

Onlar Prezident Rəcəb Tayyib Ərdoğanın səfərini də qiymətləndirib və detalları müzakirə ediblər.