“Issız Adam” filmi ilə ulduzu parıldayan aktrisa Melis Birkan hobbi olaraq başladığı işini biznesə çevirib.

Unikal.org türk mətbuatına istinadən xəbər verir ki, pandemiya dövründə boş vaxtlarını evində keçirən 39 yaşlı sənətçi keramikadan müxtəlif qablar hazırlayır.

“Su ilə torpağı bir araya gətirərək palçıq əldə etmək və onu odda bişirmək, daha sonra isə qurutmaq... Bir saxsı qabın hazırlanması üçün həyata keçirdiyimiz bu proseslərin hamısı təbii yollarla baş verir” deyə, aktrisa bildirib.

Melis hazırladığı qabların onlayn satışına da başlayıb. O bildirib ki, pandemiyada bu yolla pul qazanacaq.