Ermənistanda məhkəmə keçmiş maliyyə nazirini müalicə üçün Almaniyaya getməyə buraxmayıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, səhhətində problemləri olan keçmiş maliyyə naziri Tiqran Xaçaturyanın müalicə üçün Almaniyaya səfəri barədə vəsatəti təmin olunmayıb.

Həbs edilmiş eks-nazir bir müddət əvvəl böyük miqdarda pul vəsaiti qarşılığında zaminə buraxılsa da, onun Ermənistanı tərk etməsi yasaqlanıb. Vəziyyəti ağır olduğu üçün məhkəmədə iştirak edə bilməyən T.Xaçaturyanı vəkili təmsil edib. O, müvəkkilinin Ermənistanda müalicəsinin mümkün olmadığını söyləsə də, məhkəmə iddianı təmin etməyib. Vəkil bu addımı siyasi sifariş kimi qiymətləndirdiklərini bəyan edib.