Ukrayna Birləşmiş Millətlər Təşkilatının təşkil etdiyi görüşü boykot etmək qərarına gəlib.

Unikal.org Ukrayna KİV-ə istinadən xəbər verir ki, sözügedən görüşü BMT Təhlükəsizlik Şurası keçirir. Ukraynanın görüşü boykot etməsinə səbəb isə separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın təmsilçilərinin də müzakirə üçün bu görüşə dəvət edilməsi olub.

Qeyd edək ki, 2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaqından sonra Ukraynanın Donbas bölgəsində də separatizm baş qaldırıb.