Bakı şəhər Baş Polis İdarəsinə rəis müavini təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Nazirin əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Ələkbərov idarə rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Qeyd edək ki, buna qədər BŞBPİ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsini general-mayor Teymur Hacıyev tuturdu.

Orxan Həsənli