Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq silah və  güclü təsiredici xassəyə malik psixotrop maddə olan metamfetamin daşımaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Unikal.org-a bildirilib ki, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Saatlı rayonunda yaşayan Anar Hüseynov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki çantadan 1 ədəd İJ-56-3 (Belka) markalı, qoşalüləli ov tüfəngi və üzərindən 1 ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Dindirilmə zamanı A. Hüseynov törətdiyi cinayət əməlini etiraf edib. 

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.