TƏBİB Laçın rayonunun səhiyyə statistikasını açıqlayıb.

Unikal.org xəbər verir ki, məlumata əsasən, işğaldan azad olunan Laçında işğaldan öncə 1 Rayon Mərkəzi Xəstəxanası olmaqla, 142 səhiyyə obyekti mövcud olub.

Qeyd olunub ki, hazırda isə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində 18 xəstəxana, 19 ambulator poliklinika, 83 tibb və feldşer-mama məntəqəsi, 1 təcili tibbi yardım stansiyası fəaliyyət göstərir.

"Həmin tibb müəssisələrində 100 nəfər həkim, 423 nəfər orta tibb işçisi çalışır. Hazırda Laçın rayon Mərkəzi Xəstəxanası Ağcabədi rayon Taxtakörpü qəsəbəsində fəaliyyət göstərir.

Tezliklə Laçında həyat əvvəlki axarına qayıdacaq. Və biz burada reallaşdırılacaq bərpa proqramları çərçivəsində yeni səhiyyə müəssisələrinin tikintisinə şahidik edəcəyik!",-deyə məlumatda qeyd olunub.