Gürcüstanın paytaxtı Tbilisi şəhərində klinikaya silahlı hücum baş verib.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, silahlıların kimliyi hələlik məlum deyil.

Gürcüstan DİN-in məlumatına görə, polis naməlum şəxslərin tapılması istiqamətində araşdırmalara başlayıb. İnsident nəticəsində xəsarət alan olmayıb.