Rusiya Federal Mühafizə Xidmətinin (FSO) əməkdaşı Moskvada Kreml ərazisində intihar edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölən şəxs Rusiya Prezidentinin şəxsi təhlükəsizliyindən məsul olan bölmənin əməkdaşı Mixail Zaxarov olub.

M.Zaxarovun həmkarlarının dediklərinə görə, o, çox işləyirdi və son növbələrdən birində 15 saatdan çox işdə qalmaq məcburiyyətində olub.