Ermənistanda deputat Ani Samsonyan polislərdən hüquq-mühafizə orqanlarına şikayət edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müxalif İşıqlı Ermənistan Partiyasını təmsil edən deputat bu barədə öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, etiraz aksiyaları zamanı vətəndaşlara kobudluq göstərən polis əməkdaşları ilə bağlı tədbir görülməlidir. Onların kimliyi araşdırılmalı və müvafiq addımlar atılmalıdır. Onun şikayətinə lazımi səviyyədə baxılmadığı bildirilir.