Efiopiyada mərkəzi hökumət Tiqray bölgəsinin mərkəzi Mekeldə nəzarəti ələ keçirməyə çalışır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, silahlı qüvvələr bölgənin mərkəzində nəzarəti bərpa edəndən sonra addımlara davam edəcək. Tiqray bölgəsinin bütövlükdə hökumətin nəzarətinə keçməsi üçün çalışılır.

Qeyd edək ki, Efiopiyanın şimal-şərqində yerləşən Tiqray bölgəsində etnik qarşıdurmalar çərçivəsində mərkəzi hökumət bir müddət öncə nəzarəti itirmişdi. Etnik münasibətlər gərgin olaraq qalmaqdadır.