"Barselona"da dəyişməz simalardan olan Jerar Pikenin arzusu böyükdür.

Unikal.org "Marca"ya istinadla xəbər verir ki, təcrübəli müdafiəçi gələcəkdə prezident olmaq istəyir. Həm də "Barselona"nın. Pike gələcək xəyalı haqda bunları deyib: "İndi futbol oynayıram və buna görə qarşıdakı seçkilərə namizəd olmağım qeyri-mümkündür. Gələcəkdə nə olacağını heç kim bilmir. Bacardığım qədər azarkeşi olduğum "Barselona"ya kömək etmək istəyirəm. Gələcəkdə klubun prezidenti olmaq istəyirəm. Bu mənim xəyalımdır, amma onu reallaşdıra biləcəyimi indidən deyə bilmərəm".

Qeyd edək ki, 33 yaşlı futbolçu 2008-ci ildən "Barselona"nın uğurları üçün tər tökür.