Bu gün diplomatik korpusların və beynəlxalq təşkilatların rəhbərlərinin Tərtərə səfəri zamanı işğalçı Ermənistanın cinayət əməlləri əyani nümayiş etdirilib.

Unikal.org xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri sosial şəbəkədə video paylaşaraq belə şərh verib:

“29 oktyabrda Tərtərə atılan “Smerç” mərmisi xüsusi evdən götürülərək yerli meriyanın muzeyinə verilib”.