Türkiyədə 2016-cı ilin 15 iyul çevriliş cəhdi zamanı Türkiyə Böyük Millət Məclisini bombalayan pilota 3 901 il 6 ay həbs cəzası verilib.

Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, Hasan Hüsnü Balıkçı adlı pilot FETÖ üzvü olub.

Ona məhkəmənin hökmü ilə Türkiyə qanunlarına əsasən, 79 qat ağırlaşdırılmış ömürlük həbs və 3 901 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.