Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan da tez yayılan daha bir xəstəliklə mübarizə aparıldığını bildirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu xəstəliyin İslam düşmənliyi olduğunu ifadə edib.

Uzun illər demokratiyanın beşiyi kimi qəbul olunan ölkələrdə irqçilik, ayrıseçkilik, ksenefobiyanın dövlət siyasətinə yön verən axına, gündəlik həyatı çətinləşdirən amilə çevrildiyini bəyan edən Türkiyə prezidenti ideoloji fanatizmin təşviq edildiyini vurğulayıb.