Ermənistanda daha 1 248 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 133 594 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 31 nəfər artaraq 2 121-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 535-ə yüksəlib. İndiyədək 106 479 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 24 459 aktiv koronavirus xəstəsi var.