Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad edilən Ağdam şəhərində səfərdədir.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrini məlumatlandırır.

***

11:46

Diplomatik korpusun nümayəndələrini, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Tərtərdə səfərdədir.

Unikal.org xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini məlumatlandırıb. O bildirib ki, ermənilər Tərtər rayonuna 16 mindən çox top və raket mərmisi atıb.

İcra başçısı qeyd edib ki, top və raket mərmiləri 4 000-dən çox evə düşüb, evlərin əksəriyyəti tamamilə dağılıb.

***

09:43

“Prezident İlham Əliyevin tapşırığına əsasən diplomatik korpusları, beynəlxalq təşkilat rəhbərlərini Tərtərə / işğaldan azad olunan Ağdama aparırıq. Tərtərdə Ermənistanın ağır bombardmanının nəticələrini görəcəyik”.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.

“Dağıdılmış ruhlar şəhəri Ağdam urbisidin nümunəsidir. Didərgin “Qarabağ” futbol klubu da bizimlədir”, - o əlavə edib.